15 iyun 2026. Bazar ertəsi

"59 yaşım olacaq, amma hələ də axmağam"


"59 yaşım olacaq, amma hələ də axmağam"

Almaniyalı məşhur mütəxəssis Yurgen Klopp Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmandan ictimai şəkildə üzr istəyib.

90deqiqe.Az-ın məlumatına görə, buna səbəb Kloppun daha əvvəl millinin heyəti ilə bağlı səsləndirdiyi fikirlər olub. O, Naqelsmanın dünya çempionatı üçün komandanın heyətini "hələ də seçdiyini" demişdi. Təcrübəli məşqçi sonradan bu ifadənin uğursuz seçildiyini etiraf edib.

Klopp canlı yayımda Naqelsmana müraciət edərək sözlərinə aydınlıq gətirib:

"Deməli olduğum bir məsələ var və bunun üçün vaxt tapmalıyıq. Biz də qeyri-rəsmi olaraq bu komandanın bir hissəsiyik və tam şəkildə sizin tərəfinizdəyik. Bu ilin ən nifrət etdiyim ifadəsini tapdım - "hələ də". Bu sözə görə özümə sillə vurmaq istərdim, amma artıq gec idi və mən televiziya efirində idim. Bu, sadəcə düşünmədən deyilmiş bir ifadə idi və mövzu ilə heç bir əlaqəsi yox idi.

Anladım ki, bir neçə gün sonra 59 yaşım tamam olacaq, amma mən hələ də axmağam. Siz nə edirsinizsə edin, biz tam şəkildə sizin yanınızdayıq", - deyə Klopp bildirib.

Qeyd edək ki, Almaniya millisi DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Kürasao yığmasını 7:1 hesabı ilə məğlub edib.







Dünya çempionatı

"59 yaşım olacaq, amma hələ də axmağam"
  • Dünya çempionatı
  • 19:18 15.06.2026
"59 yaşım olacaq, amma hələ də axmağam"