31 iyul 2026. Cümə

Amad Diallo Kot-d’İvuar millisinin rekordunu yenilədi


Amad Diallo Kot-d’İvuar millisinin rekordunu yenilədi

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Amad Diallo Kot-d’İvuar millisinin tarixində yeni rekordun müəllifi olub.

90deqiqe.Az xəbər verir ki, bu hadisə mundialın qrup mərhələsində Ekvador yığmasına qarşı keçirilən oyunda baş verib. Afrika təmsilçisi görüşdə minimal hesabla qələbə qazanaraq, oyunun taleyini 90-cı dəqiqədə həll edib.

Diallo 23 yaş 11 ay 23 günlüyündə Kot-d’İvuar millisinin dünya çempionatları tarixində ən gənc qol müəllifi kimi yadda qalıb. Qeyd edək ki, Afrika komandası mundiallarda çıxış etməyə 21-ci əsrdə başlayıb.

Bundan əvvəlki rekord Bakari Konenin adına idi. O, 2006-cı ildə Niderland millisinin qapısına 24 yaş 8 aylığında qol vurmuşdu.







Dünya çempionatı

UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"