- Dünya çempionatı
- 22:01 15.06.2026
İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt dünya çempionatı ilə bağlı qərarını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis turnir çərçivəsində İngiltərə yığmasının oyunlarını şərh etməyəcəyini bildirib. O, bu addımının keçmiş komandaya hər hansı şəkildə zərər verməmək məqsədi daşıdığını qeyd edib.
Sautqeytin sözlərinə görə, ona bir neçə media qurumundan şərhçilik təklifi gəlib, lakin o, bu təklifləri qəbul etməyib:
"Dünya çempionatı mənim üçün həmişə xüsusi turnir olub. İngiltərə millisinin ilk oyunu ərəfəsində müraciət etmək istərdim. Bu dəfə mən heç bir şəkildə mundialda iştirak etmirəm — nə məşqçi, nə futbolçu, nə də şərhçi kimi. Təkliflər aldım, lakin İngiltərə yığmasına hər hansı formada zərər verməmək üçün matçları şərh etməkdən imtina etdim. Buna baxmayaraq, mən hələ də milli komandanın azarkeşiyəm"
Qeyd edək ki, İngiltərə millisi dünya çempionatındakı ilk oyununu çərşənbə günü Xorvatiya yığmasına qarşı keçirəcək.