15 iyun 2026. Bazar ertəsi

FIFA Trampa DÇ-2026-nın kubokunu təqdim etməyə icazə verəcək


FIFA Trampa DÇ-2026-nın kubokunu təqdim etməyə icazə verəcək

ABŞ Prezidenti Donald Tramp dünya çempionatının qalibinə kubokun təqdim olunması mərasimində protokoldan kənar səlahiyyətlər əldə edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb. Bildirilir ki, Trampa 2026-cı il dünya çempionatının qalibinə kuboku şəxsən təqdim etməyə icazə veriləcək.

Mənbənin məlumatına görə, ABŞ lideri həmçinin mükafatlandırma mərasimində komandanın yanında qalıb-qalmayacağı barədə qərarı özü verə biləcək.

Qeyd olunur ki, bu cür format ötən yay klublararası dünya çempionatında da tətbiq olunmuşdu və həmin vaxt Tramp "Çelsi"yə kuboku təqdim etmişdi.

Bununla belə, FIFA protokola əsasən kubokun postamentdə qalmasını və kapitan tərəfindən götürülərək komanda ilə birlikdə podiuma çıxarılmasını nəzərdə tutur. Lakin qurumun Trampın iştirak edəcəyi xüsusi formatla bağlı etiraz etmədiyi bildirilir.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu Argentina millisidir. 2022-ci ildə Qətərdə keçirilən finalda Argentina və Fransa qarşılaşıb, əsas vaxt 3:3 hesabı ilə başa çatıb, penaltilərdə isə Argentina 4:2 hesabı ilə qalib gəlib.







Dünya çempionatı

İspaniya mundiala xal itkisi ilə başladı
  • Dünya çempionatı
  • 22:01 15.06.2026
İspaniya mundiala xal itkisi ilə başladı
"Özümüzü səfərdə deyil, Peruda hiss edirdik"
  • Dünya çempionatı
  • 21:57 15.06.2026
"Özümüzü səfərdə deyil, Peruda hiss edirdik"
Yamal dünya çempionatında debüt etdi
  • Dünya çempionatı
  • 21:54 15.06.2026
Yamal dünya çempionatında debüt etdi
"59 yaşım olacaq, amma hələ də axmağam"
  • Dünya çempionatı
  • 19:18 15.06.2026
"59 yaşım olacaq, amma hələ də axmağam"