31 iyul 2026. Cümə

DÇ-də qeyri-adi antirekord İspaniya millisinin futbolçusuna məxsus oldu -


DÇ-də qeyri-adi antirekord İspaniya millisinin futbolçusuna məxsus oldu  -

İspaniya millisi dünya çempionatının qrup mərhələsinin ilk turunda Kabo-Verde yığması ilə qarşılaşır.

90deqiqe.Az-ın “Opta"ya istinadən məlumatına görə, oyunun ilk hissəsində qeydə alınan maraqlı statistika futbol ictimaiyyətinin diqqətini cəlb edib.

İspaniya millisinin hücumçusu Mikel Oyarzabal matçın ilk 30 dəqiqəsində topa bir dəfə də olsun toxunmayıb.

Mənbə qeyd edir ki, bu, dünya çempionatları tarixində misli görünməmiş göstəricidir. Belə ki, statistik məlumatların toplanılmasına başlanıldığı 1966-cı ildən bəri heç bir futbolçu mundial matçının ilk 30 dəqiqəsində sıfır topa toxunuşla yadda qalmamışdı.

Beləliklə, Oyarzabal dünya çempionatları tarixində qeyri-adi antirekordun müəllifi olub.







Dünya çempionatı

UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"