- Dünya çempionatı
- 22:01 15.06.2026
Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının əsas favoriti barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis turnirin ən güclü komandasının İspaniya millisi olduğunu bildirib.
"İspanlar bizi favorit hesab edirlər. Amma əgər bu mundialın həqiqətən də bir favoriti varsa, o, İspaniyadır. Buna zərrə qədər də şübhəm yoxdur", - deyə Deşam L'Equipe nəşrinə açıqlamasında vurğulayıb.
Qeyd edək ki, Fransa millisi dünya çempionatında ilk oyununa qarşıdakı gecə çıxacaq. Didye Deşamın rəhbərlik etdiyi komanda Afrika qitəsinin ən güclü yığmalarından hesab olunan Seneqal millisi ilə üz-üzə gələcək.
İspaniya millisi isə hazırda qrup mərhələsinin ilk turunda Kabo-Verde ilə qarşılaşır. Görüşün 50-ci dəqiqəsinə olan məlumata görə, komandalar hesabı aça bilməyiblər.