15 iyun 2026. Bazar ertəsi

Yamal dünya çempionatında debüt etdi


Yamal dünya çempionatında debüt etdi

İspaniya millisinin gənc ulduzu Lamin Yamal dünya çempionatında ilk oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, 18 yaşlı vinger Kabo-Verde ilə keçirilən qrup mərhələsinin ilk tur matçında 71-ci dəqiqədə meydana daxil olub.

Yamal ehtiyat oyunçular skamyasından oyuna qoşularkən qarşılaşmada hesab açılmamışdı. Topa daha çox nəzarət edən və üstün oyun nümayiş etdirən İspaniya millisi buna baxmayaraq, uzun müddət rəqib qapısına yol tapa bilməyib.

Qeyd edək ki, gənc futbolçu dünya çempionatı ərəfəsində zədəsini sağaldaraq heyətə qayıtmışdı. O, zədə səbəbindən sonuncu dəfə aprelin 22-də rəsmi matçda meydana çıxmışdı.

Beləliklə, Yamal mundial karyerasının ilk oyununu Kabo-Verdeyə qarşı matçda keçirib.







Dünya çempionatı

İspaniya mundiala xal itkisi ilə başladı
  • Dünya çempionatı
  • 22:01 15.06.2026
İspaniya mundiala xal itkisi ilə başladı
"Özümüzü səfərdə deyil, Peruda hiss edirdik"
  • Dünya çempionatı
  • 21:57 15.06.2026
"Özümüzü səfərdə deyil, Peruda hiss edirdik"
Yamal dünya çempionatında debüt etdi
  • Dünya çempionatı
  • 21:54 15.06.2026
Yamal dünya çempionatında debüt etdi