31 iyul 2026. Cümə

"Özümüzü səfərdə deyil, Peruda hiss edirdik"


"Özümüzü səfərdə deyil, Peruda hiss edirdik"

Fransa millisinin hücumçusu Kilian Mbappe karyerası ərzində çıxış etdiyi ən səs-küylü stadionlar barədə danışıb.

90deqiqe.Az  xəbər verir ki, məşhur bloqer Fin Aqostinelliyə verdiyi müsahibədə fransalı ulduz ikinci sırada 2018-ci il dünya çempionatında Peru millisinə qarşı oynadığı stadionu göstərib.

"Azarkeşlər möhtəşəm idi. Elə hiss yaranmışdı ki, sanki Peruda oynayırdıq", - deyə Mbappe bildirib.

Söhbət 2018-ci il iyunun 21-də Rusiyanın Yekaterinburq şəhərində yerləşən "Yekaterinburq Arena" stadionunda keçirilən Fransa - Peru matçından gedir. Həmin görüşdə Fransa millisi Mbappenin vurduğu yeganə qol sayəsində 1:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, Fransa millisi 2026-cı il dünya çempionatında ilk oyununu iyunun 16-da keçirəcək. Didye Deşamın komandası turnirə Seneqal yığmasına qarşı matçla start verəcək.







Dünya çempionatı

UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"