1 oktyabr 2026. Cümə axşamı

İspaniya mundiala xal itkisi ilə başladı


İspaniya mundiala xal itkisi ilə başladı

2026-cı il dünya çempionatının H qrupunda İspaniya və Kabo-Verde milliləri arasında keçirilən ilk tur oyunu heç-heçə nəticələnib.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində yerləşən "Mercedes-Benz Stadium"da baş tutan qarşılaşmada tərəflər hesabı aça bilməyiblər - 0:0.

Matç boyu üstünlüyə malik olan İspaniya millisi yaratdığı imkanları qola çevirə bilməyib. Kabo-Verde yığması isə intizamlı müdafiə oyunu ilə rəqibin hücumlarının qarşısını almağı bacarıb.

Qarşılaşmanın diqqətçəkən məqamlarından biri Lamin Yamalın dünya çempionatında debüt etməsi olub. 18 yaşlı vinger 71-ci dəqiqədə meydana daxil olaraq ilk dəfə mundialın final mərhələsində forma geyinib.

Bu nəticədən sonra hər iki komanda aktivinə bir xal yazdırıb və H qrupunda ilk pillələri bölüşdürür. Qrupun digər görüşündə Səudiyyə Ərəbistanı ilə Uruqvay milliləri üz-üzə gələcəklər.

Qeyd edək ki, İspaniya millisi növbəti turda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Kabo-Verde yığmasının rəqibi isə Uruqvay olacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər