1 oktyabr 2026. Cümə axşamı

İspaniya–Kabo-Verde matçının ən yaxşısı müəyyənləşdi


İspaniya–Kabo-Verde matçının ən yaxşısı müəyyənləşdi

2026-cı il dünya çempionatının H qrupunda İspaniya və Kabo-Verde milliləri arasında keçirilən görüşün ən yaxşı oyunçusu müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra Kabo-Verde millisinin qapıçısı Vozinya “Matçın ən yaxşısı” adına layiq görülüb.

Atlanta şəhərində baş tutan oyunda 40 yaşlı təcrübəli qolkiper İspaniya millisinin təzyiqinə baxmayaraq qapısını toxunulmaz saxlayıb. O, ümumilikdə 7 seyvlə komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, İspaniya millisi matç ərzində rəqib qapısına 27 dəfə zərbə endirsə də, Vozinya keçilməz divar rolunu oynayıb.

Təcrübəli qapıçı hazırda Portuqaliyanın ikinci liqasında çıxış edir.

Xatırladaq ki, bu nəticə ilə İspaniya – Kabo-Verde matçı turnirdə ilk qolsuz heç-heçə kimi tarixə düşüb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər