17 iyul 2026. Cümə

De la Fuente Yamal və Uilyams qərarını izah etdi


De la Fuente Yamal və Uilyams qərarını izah etdi

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatının ilk turunda Kabo-Verde ilə keçirilən və 0:0 hesabı ilə başa çatan oyundan sonra Lamin Yamal və Niko Uilyamsın meydana çıxması barədə danışıb.

90deqiqe.Az  xəbər verir ki, mütəxəssis hər iki futbolçunun sağlamlıq durumunun yaxşı olduğunu və onların oyuna daxil edilməsinin planlı şəkildə həyata keçirildiyini bildirib.

“Yamalın oyuna girişi? Biz həm onun, həm də Niko Uilyamsın vəziyyətinin yaxşı olduğuna əmin idik. Sadəcə doğru məqamı gözləyirdik. Oyunun gedişi onların iştirakını tələb edirdi. Onların bizə təkcə futbol baxımından deyil, həm də rəqib üzərində psixoloji təsiri çox önəmlidir”, - deyə de la Fuente FIFA-nın saytına açıqlamasında bildirib.

Qeyd edək ki, İspaniya millisi qrup mərhələsinin ikinci turunda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.







Dünya çempionatı

"Tuxel İngiltərəni çempion edə bilər"
  • Dünya çempionatı
  • 23:10 16.07.2026
"Tuxel İngiltərəni çempion edə bilər"
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
  • Dünya çempionatı
  • 22:03 16.07.2026
"Dünya çempionu olmaq üçün buraya gəlmişəm"
"Özümə görə böyük məyusluq hiss edirəm"
  • Dünya çempionatı
  • 21:49 16.07.2026
"Özümə görə böyük məyusluq hiss edirəm"