1 oktyabr 2026. Cümə axşamı

Avtoqol Belçikanı məğlubiyyətdən xilas etdi


Avtoqol Belçikanı məğlubiyyətdən xilas etdi

2026-cı il dünya çempionatının G qrupunda Belçika və Misir milliləri arasında keçirilən ilk tur oyunu heç-heçə ilə yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, ABŞ-nin Sietl şəhərində yerləşən “Lumen Field” stadionunda baş tutan qarşılaşmada tərəflər 1:1 hesablı heç-heçəyə razılaşıblar. Matçı braziliyalı referi Ramon Abatti idarə edib.

Oyunda hesabı 20-ci dəqiqədə Misir millisinin futbolçusu Emam Aşur açıb. Lakin 66-cı dəqiqədə Mohamed Hani topu öz qapısına göndərərək Belçikaya bərabərlik qazandırıb.

Bu nəticədən sonra hər iki komanda turniri 1 xalla başlayıb.

Qrupun digər görüşündə İran və Yeni Zelandiya milliləri üz-üzə gələcək. Belçika növbəti turda İranla, Misir isə Yeni Zelandiya ilə qarşılaşacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və 11 iyundan 19 iyula qədər davam edəcək. Hazırkı dünya çempionu isə 2022-ci ildə Qətərdə finalda Fransanı məğlub edən Argentina millisidir.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər