1 oktyabr 2026. Cümə axşamı

Uruqvay Səudiyyə Ərəbistanı ilə oyunda bir xalla kifayətləndi


Uruqvay Səudiyyə Ərəbistanı ilə oyunda bir xalla kifayətləndi

Futbol üzrə dünya çempionatının H qrupunda Səudiyyə Ərəbistanı ilə Uruqvay yığmaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Mayamidə keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesabı Səudiyyə Ərəbistanı millisi açıb. Komandanın heyətində Abdulelah Alamri 41-ci dəqiqədə fərqlənərək ilk hissənin yekun nəticəsini müəyyənləşdirib.

Matçın sonlarına doğru təzyiqi artıran Uruqvay yığması bərabərlik qolunu vurmağı bacarıb. Maksimiliano Arauxo 80-ci dəqiqədə rəqib qapısına yol taparaq komandasını məğlubiyyətdən xilas edib.

Beləliklə, tərəflər hərəyə bir xal qazanıblar.

Qeyd edək ki, H qrupunun digər görüşündə İspaniya və Kabo Verde yığmaları qapılara qol vura bilməyiblər. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər