1 avqust 2026. Şənbə

İran və Yeni Zelandiya xalları bölüşdürdü


İran və Yeni Zelandiya xalları bölüşdürdü

Futbol üzrə dünya çempionatının qrup mərhələsində İran və Yeni Zelandiya yığmaları üz-üzə gəliblər.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən qarşılaşma dörd qollu heç-heçə ilə yekunlaşıb – 2:2.

Matça sürətli başlayan Yeni Zelandiya hesabı erkən açıb. Komandanın hücumçusu Elayja Cast 7-ci dəqiqədə rəqib qapısına yol taparaq yığmasını önə keçirib. İran millisi isə 32-ci dəqiqədə Ramin Rezayanın qolu ilə tarazlığı bərpa edib.

İkinci hissədə də gərgin mübarizə davam edib. Elayja Cast 53-cü dəqiqədə ikinci dəfə fərqlənərək dubla imza atıb və Yeni Zelandiyanı yenidən hesabda irəli çıxarıb. Lakin iranlılar bu dəfə də cavabsız qalmayıblar. Məhəmməd Muhibbi 64-cü dəqiqədə vurduğu qolla yekun hesabı müəyyənləşdirib.

Beləliklə, tərəflər hərəyə bir xal qazanıblar.

Qeyd edək ki, qrupun digər qarşılaşmasında Belçika və Misir milliləri də qalibi müəyyənləşdirə bilməyiblər. Həmin oyun 1:1 hesabı ilə başa çatıb.







Dünya çempionatı

UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"