25 sentyabr 2026. Cümə

Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən ayrılacaq


Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən ayrılacaq

Portuqaliya milli komandasının baş məşqçisi Roberto Martines 2026-cı il dünya çempionatından sonra komandanın turnirdəki nəticəsindən asılı olmayaraq vəzifəsindən ayrılacaq.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis yarışdan sonra başa çatacaq müqaviləsini uzatmamaq qərarı verib. Martines İngiltərə çempionatına qayıtmağa açıq olsa da, başqa bir milli komandada çalışma ehtimalını da istisna etmir.

Qeyd edək ki, o, daha əvvəl “Suonsi”, “Viqan Atletik”, “Everton” klublarını, eləcə də Belçika milli komandasını çalışdırıb.

2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Amerika Birləşmiş Ştatları, Kanada və Meksikada keçirilir.

Hazırkı dünya çempionu Argentina millisidir. Komanda 2022-ci ildə keçirilən dünya çempionatının finalında Fransa millisi ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatsa da, penaltilər seriyasında daha dəqiq oynayan Argentina yığması 4:2 hesabı ilə qələbə qazanaraq dünya çempionu olub.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər