1 oktyabr 2026. Cümə axşamı

"O, bütöv bir xalqın qələbə sevincini əlindən aldı"


"O, bütöv bir xalqın qələbə sevincini əlindən aldı"

Kabo-Verde millisinin qapıçısı Jozimar Vozinya 2026-cı il dünya çempionatının ilk turunda İspaniya yığmasına qarşı keçirilən oyunun əsas simalarından biri olub.

 90deqiqe.Az-ın məlumatına görə, 40 yaşlı qolkiperin çıxışı barədə sabiq fransalı futbolçu Tyerri Anri də fikirlərini bölüşüb.

“Söhbət dünya çempionatında cəmi bir oyunda sensasiyaya çevrilən qapıçıdan gedir. Vozinya sadəcə İspaniyanın zərbələrinin qarşısını almırdı, o, bütöv bir xalqın qələbə sevincini yaşamasına imkan vermədi. Onun hər qurtarışı əvvəlkindən daha vacib görünürdü”, – deyə Anri bildirib.

Qeyd edək ki, təcrübəli qolkiper qarşılaşma ərzində yeddi uğurlu qurtarış edərək komandasının qapısını toxunulmaz saxlayıb və matçın qəhrəmanına çevrilib.

İspaniya ilə oyunun yekununda Jozimar Vozinya matçın ən yaxşı futbolçusu seçilib.

Kabo-Verde millisi iyunun 22-də Uruqvayla, iyunun 27-də isə Səudiyyə Ərəbistanı yığması ilə üz-üzə gələcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər