1 oktyabr 2026. Cümə axşamı

Almaniya millisinin bazasında ilan həyəcanı


Almaniya millisinin bazasında ilan həyəcanı

Almaniya millisinin müdafiəçisi Yozua Kimmix komandanın bazasında zəhərli ilan aşkarlandığını bildirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Dünən ilan gördük, bizə onun zəhərli olduğu deyildi. Səni dişləsə, xəstəxanaya getmək lazımdır. Düşünmürəm ki, bu ölümcül olar, amma hər halda təhlükəlidir. Belə görünür ki, üstünə basmaq da pis nəticələrə səbəb ola bilər. Ona görə də burada heyvanlardan uzaq durmağa çalışırıq. Məncə, Almaniyada bu cür təhlükəli heyvanlar o qədər də çox deyil”

Qeyd edək ki, dünya çempionatının qrup mərhələsinin ilk turunda Almaniya millisi Kurasao yığmasını 7:1 hesabı ilə məğlub edib. Komanda növbəti oyununu iyunun 20-də Fil Dişi Sahili millisinə qarşı keçirəcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər