1 oktyabr 2026. Cümə axşamı

“Ölkəmiz üçün sonadək mübarizə aparmağın vaxtıdır”


“Ölkəmiz üçün sonadək mübarizə aparmağın vaxtıdır”

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatının qrup mərhələsinin ilk turunda Konqo Demokratik Respublikası yığmasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı futbolçu bildirib ki, milli komandanın formasını geyindiyi hər an ilk dəfə olduğu kimi böyük ehtiras, qürur və məsuliyyət hiss edir.

Ronaldo qeyd edib ki, bu mərhələyə çatmaq üçün komanda böyük zəhmət sərf edib:

“İndi isə ölkəmiz və bizi burada, eləcə də dünyanın hər yerində dəstəkləyən bütün portuqal icmaları üçün sonadək mübarizə aparmağın vaxtıdır”.

Təcrübəli hücumçu bu fikirləri sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Portuqaliya və Konqo Demokratik Respublikası yığmaları arasında görüş iyunun 17-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər