1 avqust 2026. Şənbə

Pulişiçin Avstraliya ilə oyunda iştirakı sual altındadır


Pulişiçin Avstraliya ilə oyunda iştirakı sual altındadır

ABŞ millisinin liderlərindən olan Kristian Pulişiç baldır əzələsindən aldığı zədədən sonra bərpa prosesini davam etdirir və fərdi proqram üzrə məşq edir.

90deqiqe.Az-ın “Daily Mail"ə istinadən məlumatına görə, hücumçu çərşənbə axşamı da komandanın ümumi hazırlıq prosesindən kənarda çalışıb. Milli komandanın nümayəndələri futbolçunun durumunu “yaxın günlərdə tam bərpa olunacaq” ifadəsi ilə dəyərləndirsələr də, onun meydana qayıdacağı dəqiq tarixi açıqlamayıblar.

Pulişiçin sağlamlıq problemi ötən həftə məşq zamanı yaranıb. O, sol ayağının baldır nahiyəsinə aldığı zərbədən sonra narahatlıq hiss edib. Dünya çempionatında Paraqvaya qarşı keçirilən ilk oyunda isə ayağında gərginlik yaranıb.

Buna baxmayaraq, amerikalı futbolçu qarşılaşmanın ilk hissəsində komandasının uğurunda mühüm rol oynayıb. ABŞ millisi həmin görüşdə Paraqvayı 4:1 hesabı ilə məğlub edib. Pulişiç Folarin Baloqunun qoluna məhsuldar ötürmə verib, həmçinin sol cinahdakı fəallığı ilə rəqibin avtoqol epizodunda da pay sahibi olub.

Qeyd edək ki, ABŞ millisi dünya çempionatındakı növbəti oyununu iyunun 19-da Avstraliya yığmasına qarşı keçirəcək. Kristian Pulişiçin həmin matçda iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.







Dünya çempionatı

UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"