25 sentyabr 2026. Cümə

Mbappe Jirunun rekorduna çatdı


Mbappe Jirunun rekorduna çatdı

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatının I qrupunun 1-ci turunda Seneqala qarşı keçirilən oyunda fərqlənərək milli komandanın ən sərrast hücumçusu Olivye Jiru ilə qol sayında bərabərləşib.

90deqiqe.Az xəbər verir ki, hazırda ABŞ-ın Nyu-Cersi ştatında yerləşən “Metlayf” stadionunda keçirilən görüş davam edir. Matçın baş hakimi avstraliyalı Əlirza Fəqani olub. 

Mbappe Fransa yığmasında 99-cu oyununda 57-ci qolunu vurub. Eyni sayda qolu Olivye Jiru da 137 oyunda əldə edib.

Qrupun II turunda Fransa millisi iyunun 23-də İraq yığması ilə, III turda isə iyunun 26-da Norveçlə qarşılaşacaq. Seneqal isə növbəti görüşlərdə 23 iyunda Norveç, 26 iyunda isə İraqla üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatının hazırkı qalibi Argentina millisidir.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər