1 avqust 2026. Şənbə

Mbappe Klozenin rekorduna daha da yaxınlaşdı


Mbappe Klozenin rekorduna daha da yaxınlaşdı

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatları tarixinin ən sərrast bombardiri olan Miroslav Klozenin rekorduna daha da yaxınlaşıb.

90deqiqe.Az-ın məlumatına görə,  bu, Seneqala qarşı keçirilən 2026-cı il dünya çempionatının I qrupunun 1-ci tur matçında baş verib.

Hazırda ABŞ-ın Nyu-Cersi ştatında yerləşən “Metlayf” stadionunda keçirilən görüş davam edir. Matçın baş hakimi avstraliyalı Əlirza Fəqani olub. Yazının hazırlandığı anda hesab 1:0 Fransa millisinin xeyrinə idi. “Çempionat” nəşri oyunun mətn yayımını aparır.

Mbappe dünya çempionatlarında 15-ci oyununda 13-cü qolunu vurub. Miroslav Kloze isə mundiallarda 24 oyunda 16 qol müəllifi olub.

Qrupun II turunda Fransa millisi iyunun 23-də İraq yığması ilə, III turda isə iyunun 26-da Norveçlə qarşılaşacaq. Seneqal isə növbəti oyunlarda 23 iyunda Norveç, 26 iyunda isə İraqla üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatının hazırkı qalibi Argentina millisidir.







Dünya çempionatı

UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
"İtaliya millisindən gedişim səhv idi"
  • Dünya çempionatı
  • 00:32 30.07.2026
"İtaliya millisindən gedişim səhv idi"