25 sentyabr 2026. Cümə

Fransa Seneqalı məğlub etdi


Fransa Seneqalı məğlub etdi

Futbol üzrə 2026-cı il dünya çempionatının I qrupunun 1-ci turunda Fransa və Seneqal yığmaları arasında keçirilən matç başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə,  ABŞ-ın Nyu-Cersi ştatında yerləşən “Metlayf” stadionunda baş tutan görüşdə komandalar üz-üzə gəlib. Qarşılaşmanın baş hakimi avstraliyalı Əlirza Fəqani olub. Matçın yekununda Fransa millisi 3:1 hesablı qələbə qazanıb.

66-cı dəqiqədə Fransa millisinin hücumçusu Kilian Mbappe yarımmüdafiəçi Maykl Olisenin ötürməsindən sonra hesabı açıb. 82-ci dəqiqədə meydana sonradan daxil olan vinger Bredli Barkola fərqi artırıb. 90+5-ci dəqiqədə İbrahim Mbaye Seneqalın təsəlli qolunu vurub. 90+6-cı dəqiqədə isə Mbappe dublunu rəsmiləşdirib.

Qrupun II turunda Fransa millisi iyunun 23-də İraq yığması ilə, III turda isə iyunun 26-da Norveçlə qarşılaşacaq. Seneqal isə növbəti görüşlərdə 23 iyunda Norveç, 26 iyunda isə İraqla üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatının hazırkı qalibi Argentina millisidir.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər