2 avqust 2026. Bazar günü

Avstriya İordaniyanın müqavimətini qırdı


Avstriya İordaniyanın müqavimətini qırdı

Futbol üzrə dünya çempionatının qrup mərhələsində J qrupunun daha bir oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, qrupun növbəti qarşılaşmasında Avstriya millisi İordaniya yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş Avstriya komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 21-ci dəqiqədə açılıb. Avstriya millisinin heyətində Romano Şmid dəqiq zərbə ilə komandasını önə keçirib. İordaniya yığması ikinci hissədə Ali İyad Olvanın qolu sayəsində tarazlığı bərpa etməyə nail olub.

Lakin 76-cı dəqiqədə Yazan Əl-Ərəbin avtoqolu İordaniyanın planlarını pozub. Qarşılaşmanın son dəqiqələrində isə Marko Arnautoviç penaltidən fərqlənərək Avstriyanın üstünlüyünü möhkəmləndirib və yekun hesabı müəyyənləşdirib.

Beləliklə, Avstriya J qrupunda vacib qələbə qazanaraq növbəti mərhələyə vəsiqə uğrunda mübarizədə mövqeyini gücləndirib.







Dünya çempionatı

UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı