- Dünya çempionatı
- 02:02 18.06.2026
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbol tarixində daha bir əlamətdar göstəriciyə imza atıb.
90deqiqe.Az xəbər verir ki, 2026-cı il dünya çempionatının K qrupunda Konqo Demokratik Respublikası ilə keçirilən oyunda start heyətində meydana çıxan 41 yaşlı futbolçu karyerasında altıncı mundial matçına çıxıb.
Bununla da Ronaldo dünya çempionatlarında altı fərqli turnirdə iştirak edən ikinci futbolçu kimi tarixə düşüb. Ondan əvvəl bu uğura yalnız Argentina millisinin kapitanı Lionel Messi nail olmuşdu.
Portuqaliyalı ulduz daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında da ölkəsinin şərəfini qoruyub. Beləliklə, o, ardıcıl altı mundialda meydana çıxan nadir futbolçular sırasında yer alıb.
Qeyd edək ki, Portuqaliya millisi qrup mərhələsinin növbəti oyunlarında iyunun 23-də Özbəkistan, iyunun 28-də isə Kolumbiya ilə qarşılaşacaq. Konqo Demokratik Respublikası isə ikinci turda Kolumbiya, üçüncü turda isə Özbəkistan yığması ilə üz-üzə gələcək.