9 avqust 2026. Bazar günü

Neymar yenidən komanda yoldaşları ilə məşq etdi


Neymar yenidən komanda yoldaşları ilə məşq etdi

Braziliya millisinin hücumçusu Neymar zədədən sonra bərpa prosesində növbəti mərhələni uğurla başa vurub.

90deqiqe.Az xəbər verir ki, 34 yaşlı futbolçu yenidən yığmanın ümumi məşqlərində iştirak etməyə başlayıb. Komanda yoldaşları ulduz forvardı məşqə qayıdışı münasibətilə ənənəvi "canlı dəhliz" yaradaraq qarşılayıblar.

Qeyd olunur ki, Neymar bir gün əvvəl də meydanda məşq etsə də, onun hazırlıq prosesi müəyyən məhdudiyyətlərlə keçirdi. Hazırda isə braziliyalı futbolçu tamhəcmli məşqlərə start verib.

Bununla belə, Neymarın yaxın oyunda meydana çıxacağı hələlik dəqiq deyil. Təcrübəli hücumçunun optimal fiziki formaya qayıtması üçün müəyyən vaxta ehtiyacı olduğu bildirilir.

Xatırladaq ki, Braziliya millisi iyunun 20-də Haiti yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.







Dünya çempionatı

CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
  • Dünya çempionatı
  • 01:40 07.08.2026
CAF-dan İnfantinoya açıq dəstək bəyanatı
UEFA FİFA turnirlərini boykot edə bilər
  • Dünya çempionatı
  • 22:57 06.08.2026
UEFA FİFA turnirlərini boykot edə bilər
"İnfantino istefa verməlidir"
  • Dünya çempionatı
  • 23:11 05.08.2026
"İnfantino istefa verməlidir"