25 sentyabr 2026. Cümə

Portuqaliya dünya çempionatına heç-heçə ilə başladı


Portuqaliya dünya çempionatına heç-heçə ilə başladı

2026-cı il futbol üzrə dünya çempionatının K qrupunda Portuqaliya və Konqo Demokratik Respublikası milliləri üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Hyuston şəhərində yerləşən “NRG Stadium”da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçın 6-cı dəqiqəsində Portuqaliya millisinin yarımmüdafiəçisi Joau Neveş cərimə meydançasına edilən ötürmədən sonra baş zərbəsi ilə hesabı açıb. İlk hissəyə əlavə olunmuş 5-ci dəqiqədə isə Konqo DR millisinin hücumçusu Yoan Vissa komandasına bərabərlik qazandırıb.

Portuqaliya millisinin ulduz hücumçusu Kriştianu Ronaldu 90 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib.

Qeyd edək ki, K qrupunun növbəti oyunlarında Portuqaliya 23 iyunda Özbəkistan, 28 iyunda isə Kolumbiya ilə qarşılaşacaq. Konqo DR isə 24 iyunda Kolumbiya, 28 iyunda isə Özbəkistanla üz-üzə gələcək.

Xatırladaq ki, dünya çempionatının hazırkı qalibi Argentina millisidir.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər