25 sentyabr 2026. Cümə

Keyn Linekerin rekorduna şərik oldu


Keyn Linekerin rekorduna şərik oldu

İngiltərə millisinin hücumçusu Harri Keyn dünya çempionatları tarixində növbəti əlamətdar göstəriciyə imza atıb.

90deqiqe.Az xəbər verir ki, İngiltərə və Xorvatiya arasında 2026-cı il dünya çempionatının L qrupunun 1-ci tur oyununda dubla imza atan forvard Qari Linekerin rekorduna şərik çıxıb.

Hazırda ABŞ-nin Arlinqton şəhərində yerləşən “AT&T Stadium”da keçirilən qarşılaşma davam edir və hesab 2:2-dir. Matçı fransalı hakim Kleman Tyurpen idarə edir.

Keynin mundiallarda vurduğu qolların sayı 10-a çatıb. O, bu göstəriciyə 12 oyunda imza atıb. Eyni sayda qol İngiltərə millisinin sabiq hücumçusu Qari Linekerin hesabında da var idi və o, uzun illər bu siyahıya təkbaşına başçılıq edirdi.

Qeyd edək ki, “Çempionat” matçın gedişini canlı mətn formatında təqdim edir.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər