2 avqust 2026. Bazar günü

İngiltərə dünya çempionatına qələbə ilə başladı


İngiltərə dünya çempionatına qələbə ilə başladı

2026-cı il futbol üzrə dünya çempionatının L qrupunda İngiltərə və Xorvatiya milliləri üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, ABŞ-nin Arlinqton şəhərində yerləşən “AT&T Stadium”da keçirilən qarşılaşma İngiltərə millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 12-ci dəqiqəsində Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. 36-cı dəqiqədə Martin Baturina Xorvatiya yığmasına bərabərlik qazandırıb. 42-ci dəqiqədə Keyn dubla imza ataraq İngiltərəni yenidən önə çıxarıb.

İlk hissəyə əlavə olunmuş 5-ci dəqiqədə Petar Musa hesabı 2:2 edib. İkinci hissənin əvvəlində Cud Bellinqem fərqlənərək İngiltərəni yenidən önə keçirib. 85-ci dəqiqədə Markus Reşford yekun nöqtəni qoyub — 4:2.

Qeyd edək ki, İngiltərə növbəti oyunda 23 iyunda Qana, 28 iyunda isə Panama ilə qarşılaşacaq. Xorvatiya isə 24 iyunda Panama, 28 iyunda Qana ilə üz-üzə gələcək.

Xatırladaq ki, qrup mərhələsinin sonunda hər qrupdan iki ən yaxşı komanda və üçüncü yerlər arasında ən yaxşı səkkiz komanda pley-off mərhələsinə yüksələcək.







Dünya çempionatı

UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı