25 sentyabr 2026. Cümə

Kolumbiya Özbəkistanın debütünü məğlubiyyətlə başa vurdu


Kolumbiya Özbəkistanın debütünü məğlubiyyətlə başa vurdu

Futbol üzrə dünya çempionatında K qrupunun növbəti oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki,  qrup mərhələsinin qarşılaşmasında Kolumbiya millisi Özbəkistan yığması ilə üz-üzə gəlib. Maraqlı mübarizə şəraitində keçən görüş Cənubi Amerika təmsilçisinin üstünlüyü ilə yekunlaşıb.

Matçda 3:1 hesablı qələbə qazanan Kolumbiya turnirdə ilk üç xalını aktivinə yazdırıb. Özbəkistan isə dünya çempionatları tarixindəki ilk oyununda məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, K qrupunun digər görüşündə Portuqaliya və Konqo Demokratik Respublikası qalibi müəyyənləşdirə bilməyib. Həmin qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Beləliklə, ilk turun oyunlarından sonra Kolumbiya qrupda liderliyə yüksəlib. Dünya çempionatında isə bu gün ikinci turun görüşlərinə start veriləcək. A qrupunda Çexiya Cənubi Afrika Respublikası ilə, B qrupunda isə İsveçrə Bosniya və Herseqovina ilə qarşılaşacaq.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər