1 oktyabr 2026. Cümə axşamı

"Hazırda İspaniyaya qarşı oynamağı Argentinaya qarşı oynamaqdan üstün tutaram"


"Hazırda İspaniyaya qarşı oynamağı Argentinaya qarşı oynamaqdan üstün tutaram"

ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino Argentina yığmasını dünya futbolunun əsas favoritlərindən biri adlandırıb.

 90deqiqe.Az xəbər verir ki, argentinalı mütəxəssis hazırkı məqamda İspaniya millisi ilə qarşılaşmağın Argentina ilə üz-üzə gəlməkdən daha arzuolunan olduğunu bildirib.

"Argentina favoritdir və bunu son oyununda bir daha nümayiş etdirdi. İstənilən turnirdə ilk qarşılaşma həmişə çətin keçir. Hazırda mən İspaniya millisinə qarşı oynamağı Argentina ilə qarşılaşmaqdan üstün tutaram. Bununla belə, bu seçimdə emosional amilin də rolu var", - deyə Poçettino vurğulayıb.

Qeyd edək ki, Argentina millisi hazırda dünya çempionu statusunu daşıyır. İspaniya yığması isə Avropa çempionudur.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər