1 oktyabr 2026. Cümə axşamı

Neymar Haiti ilə matçı buraxacaq


Neymar Haiti ilə matçı buraxacaq

Braziliya millisinin hücumçusu Neymar dünya çempionatının qrup mərhələsinin ikinci turunda Haiti yığmasına qarşı keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə "TMC" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ulduz futbolçu komanda ilə birlikdə oyunun keçiriləcəyi şəhərə yollanmayacaq. Neymar dünya çempionatının startı ərəfəsində aldığı baldır əzələsi zədəsindən tam bərpa olunmadığı üçün Nyu-Cersidə qalaraq müalicəsini davam etdirəcək.

Qeyd edək ki, Braziliya millisi mundialdakı ilk oyununda Mərakeş yığması ilə heç-heçə edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Braziliya - Haiti oyunu iyunun 20-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 04:30-da start götürəcək.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər