3 avqust 2026. Bazar ertəsi

“Mbappe xüsusi futbolçudur”


“Mbappe xüsusi futbolçudur”

Fransa millisinin sabiq hücumçusu Olivye Jiru Kilian Mbappenin milli komandanın bombardirləri siyahısında onu geridə qoymasına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu Fransa millisinin və Madrid “Real”ının hücumçusuna dəstək nümayiş etdirib.

“İnsanlar Mbappeni onu tanımadan tənqid etməyə davam edirlər. Çoxları onu təkəbbürlü və eqoist hesab edir, amma inanın ki, bu belə deyil. Bu, yanlış təəssüratdır və bunu onu tanıyan biri kimi deyirəm. Kilian xüsusidir”, - deyə Jiru bildirib.

Qeyd edək ki, Olivye Jiru hazırda Fransa çempionatında “Lill” klubunun formasını geyinir. O, karyerası ərzində “Arsenal”, “Çelsi” və “Milan” kimi klublarda çıxış edib.







Dünya çempionatı

"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı