3 avqust 2026. Bazar ertəsi

Kvinte Timber İsveçlə matçı buraxacaq


Kvinte Timber İsveçlə matçı buraxacaq

Niderland milli komandasının yarımmüdafiəçisi Kvinten Timber 2026-cı il dünya çempionatının İsveç yığmasına qarşı keçiriləcək oyununda iştirak etməyəcək.

 90deqiqe.Az xəbər verir ki, bu barədə “narıncılar”ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, futbolçu məşq zamanı komanda yoldaşı ilə toqquşma nəticəsində beyin silkələnməsi (sarsıntı) alıb. Həkimlərin qərarı və baş məşqçi Ronald Kumanın rəhbərlik etdiyi məşqçilər korpusunun qərarı ilə Timberin risk edilmədən bərpasına üstünlük verilib.

Qeyd edək ki, Niderland millisi turnirin qrup mərhələsinin ilk oyununda Yaponiya ilə 2:2 hesablı heç-heçə edib. İsveç ilə qarşılaşma isə 20 iyunda ABŞ-ın Hyuston şəhərində baş tutacaq.







Dünya çempionatı

"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı