3 avqust 2026. Bazar ertəsi

“Portuqaliya millisi Kriştiano Ronaldosuz daha yaxşı çıxış edə bilərdi”


“Portuqaliya millisi Kriştiano Ronaldosuz daha yaxşı çıxış edə bilərdi”

Keçmiş futbolçu Kevin-Prins Boatenq Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun komanda üçün artıq mənfi amilə çevrildiyini iddia edib.

90deqiqe.Az xəbər verir ki, onun fikrincə, Portuqaliya milli komandası dünya çempionatında keçirdiyi ilk oyunda gözlənilən performansı göstərə bilməyib və Konqo Demokratik Respublikası kimi nisbətən zəif hesab olunan rəqiblə qalib gələ bilməyib. Boatenq hesab edir ki, Ronaldonun mövcudluğu komanda daxilində əlavə təzyiq yaradır.

“Əlbəttə, o, böyük futbolçudur, bunu heç kim müzakirə etmir. Amma məncə, komanda onsuz daha yaxşı oynaya bilərdi. Onun statusu digər futbolçuların üzərində əlavə təzyiq formalaşdırır. O, bəzən topu həddindən artıq özündə saxlayır və bu, komandanın oyun axınına təsir edir”, – deyə Boatenq “derbyderbyderby.it” nəşrinə istinadən bildirib.

Qeyd edək ki, Kriştiano Ronaldo hazırda 41 yaşındadır.







Dünya çempionatı

"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı