4 avqust 2026. Çərşənbə axşamı

Kanada Qətəri 6 cavabsız qolla məğlub etdi


Kanada Qətəri 6 cavabsız qolla məğlub etdi

Dünya çempionatının qrup mərhələsinin II turunda Kanada millisi Qətər yığması üzərində inamlı qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Vankuverdə keçirilən B qrupu matçında kanadalılar rəqibini 6:0 hesabı ilə məğlub ediblər.

Görüşdə qolları Kayl Larin, Conatan Devid (het-trik), Natan Saliba və öz qapısına fərqlənən Məhəmməd Əl-Mannai vurublar.

Qətər millisi qarşılaşmanı doqquz nəfərlə başa vurub.

Bu nəticədən sonra Kanada yığması 4 xalla B qrupunun lideri olub. Eyni xala malik İsveçrə millisi ikinci pillədə qərarlaşıb. Bosniya və Herseqovina ilə Qətərin hesabında isə hərəyə 1 xal var.

Qrup mərhələsinin son turunda Kanada İsveçrə ilə üz-üzə gələcək. Qətər isə Bosniya və Herseqovina ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.







Dünya çempionatı

"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı