4 avqust 2026. Çərşənbə axşamı

“Püşkatmadan sonra bu matçın çətin keçəcəyini bilirdim”


“Püşkatmadan sonra bu matçın çətin keçəcəyini bilirdim”

ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Avstraliya üzərində qazanılan qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Fox Sports" çalışdırıcının dediklərini belə çatdırıb.

“Dekabr ayında püşkatma keçiriləndə dərhal düşündüm ki, bizi çox çətin oyun gözləyir. Azarkeşlərimiz adına çox sevinirəm”, – deyə Poçettino bildirib.

Xatırladaq ki, ABŞ millisi Avstraliyanı 2:0 hesabı ilə məğlub edib və iki turdan sonra altı xal toplayıb. Poçettinonun rəhbərlik etdiyi komanda qrup mərhələsinin son oyununda Türkiyə millisi ilə qarşılaşacaq.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyunun 11-də start götürüb, final görüşü isə iyulun 19-na planlaşdırılıb.







Dünya çempionatı

"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı