- Dünya çempionatı
- 02:49 20.06.2026
ABŞ milli komandasının hücumçusu Folarin Baloqun 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Avstraliya üzərində qazanılan qələbəni dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Paraqvayla oyunda olduğu kimi, bu görüşə də fəal başlamaq istəyirdik və bu, işimizi xeyli asanlaşdırdı. Aleks Frimen adına çox sevinirəm. O, təvazökar və sadə bir insandır. Buna görə də onun dünya çempionatında ilk qolunu vurduğunu görmək xüsusilə xoşdur. İndi isə bərpa olunmalı və Türkiyə ilə növbəti matça hazırlaşmalıyıq. Əsas məsələ sakitliyi qorumaq və təvazökar qalmaqdır. Bu halda böyük uğurlara imza ata bilərik”
Xatırladaq ki, ABŞ millisi Avstraliya yığmasını 2:0 hesabı ilə məğlub edərək vaxtından əvvəl turnirin pley-off mərhələsinə vəsiqəni təmin edib. Baloqun isə görüşün ən yaxşı futbolçusu seçilib.