25 sentyabr 2026. Cümə

Braziliya Haitini darmadağın etdi


Braziliya Haitini darmadağın etdi

Futbol üzrə dünya çempionatında Braziliya millisi qrup mərhələsində növbəti qələbəsini qazanıb.

90deqiqe.Az xəbər verir ki, C qrupunun II turunda Filadelfiyada keçirilən qarşılaşmada Braziliya yığması Haiti komandasını 3:0 hesabı ilə məğlub edib.

"Sambaçılar"a qələbəni gətirən qolları Mateus Kunya vurub. Hücumçu 23 və 36-cı dəqiqələrdə fərqlənərək komandasını önə keçirib. İlk hissəyə əlavə olunmuş üçüncü dəqiqədə isə Vinisius Junior hesab arasındakı fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə ilə Braziliya pley-off uğrunda mübarizədə vacib üç xal qazanıb.

Qeyd edək ki, qrupun digər matçında Mərakeş millisi Şotlandiyanı minimal hesabla - 1:0 məğlub edib.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər