4 avqust 2026. Çərşənbə axşamı

Türkiyə Paraqvaya məğlub olaraq mundialla vidalaşdı


Türkiyə Paraqvaya məğlub olaraq mundialla vidalaşdı

Futbol üzrə dünya çempionatında Türkiyə millisi qrup mərhələsinin ikinci turunda Paraqvay yığması ilə üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupu matçında "ay-ulduzlular" rəqibinə 0:1 hesabı ilə məğlub olublar.

Görüşdə yeganə qolu 2-ci dəqiqədə Matias Qalarsa vurub. Paraqvaylı futbolçu uzaq məsafədən dəqiq zərbə ilə komandasını önə keçirib.

Matçın 45+3-cü dəqiqəsində Paraqvayın heyətində Miqel Almiron qırmızı vərəqə alaraq meydandan qovulsa da, Türkiyə millisi say üstünlüyündən yararlana bilməyib.

Qeyd edək ki, qrupun digər qarşılaşmasında ABŞ millisi Avstraliyanı 2:0 hesabı ilə məğlub edib. Beləliklə, ilk iki oyununda xal qazana bilməyən Türkiyə yığmasının dünya çempionatında pley-off mərhələsinə yüksəlmək şansı qalmayıb.

 







Dünya çempionatı

"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı
  • Dünya çempionatı
  • 23:56 30.07.2026
UEFA-dan sonra KONKAKAF da FIFA-ya qarşı çıxdı