20 iyun 2026. Şənbə

"İsveçə qarşı oyunda bizə yalnız qələbə lazımdır"


"İsveçə qarşı oyunda bizə yalnız qələbə lazımdır"

Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının qrup mərhələsinin ikinci turunda İsveçə qarşı keçiriləcək oyun öncəsi komandasına inamını ifadə edib. 

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə oyundan əvvəl təşkil olunan mətbuat konfransında bildirib.

“Komandada ab-hava yaxşıdır və biz cəsarətli oyunumuzu davam etdirəcəyik. Yaponiya ilə qarşılaşmada üstünlük bizdə idi və oyunun böyük hissəsində yaxşı təsir bağışladıq”, – deyə mütəxəssis oyundan əvvəl təşkil olunan mətbuat konfransında bildirib.

Kuman qeyd edib ki, Yaponiya yığması müdafiədə çox sıx oynayaraq komandasına hücumların son mərhələsində ciddi çətinliklər yaradıb.

“Belə hallarda düzgün qərarlar qəbul etmək və komanda şəklində hücum etmək vacibdir”, – deyə o vurğulayıb.

Təcrübəli çalışdırıcı İsveçə qarşı matçda da oxşar ssenarinin yaşanacağını gözlədiyini bildirib. 

“Qol vəziyyətləri yaratmaq və boş zonalar tapmaq asan olmayacaq. Düzgün qərarlar verməli və rəqibin cərimə meydançasında say üstünlüyü yaratmalıyıq. Yaponiya ilə heç-heçədən sonra bizə üç xal lazımdır”, – deyə Kuman əlavə edib.

Qeyd edək ki, Kumanın rəhbərlik etdiyi kollektiv turnirin ilk matçında Yaponiya ilə 2:2 hesablı heç-heçə edib.İsveç millisi isə turnirə Tunisi 5:1 hesabı ilə məğlub edərək başlayıb.

Əlavə edək ki, Niderland və İsveç yığmaları arasında keçiriləcək qarşılaşma iyunun 20-də baş tutacaq.







Dünya çempionatı

Braziliya Haitini darmadağın etdi
  • Dünya çempionatı
  • 07:26 20.06.2026
Braziliya Haitini darmadağın etdi
Kanada Qətəri 6 cavabsız qolla məğlub etdi
  • Dünya çempionatı
  • 08:15 19.06.2026
Kanada Qətəri 6 cavabsız qolla məğlub etdi
İsveç Bosniya və Herseqovinanı məğlub etdi
  • Dünya çempionatı
  • 01:00 19.06.2026
İsveç Bosniya və Herseqovinanı məğlub etdi