21 iyun 2026. Bazar günü

Niderland İsveçi darmadağın etdi


Niderland İsveçi darmadağın etdi

Futbol üzrə 2026-cı il dünya çempionatının F qrupunda II turun oyunları davam edir.

90deqiqe.Az xəbər verir ki, turun diqqətçəkən görüşlərindən birində Niderland millisi İsveç yığması ilə üz-üzə gəlib.

ABŞ-nin Hyuston şəhərində keçirilən qarşılaşma Niderland komandasının 5:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı artıq 5-ci dəqiqədə Brayan Brobbi açıb. Hücumçu 17-ci dəqiqədə özünün ikinci qolunu vuraraq fərqi artırıb. Fasilədən sonra Kodi Qakpo səhnəyə çıxıb. O, 47-ci və 54-cü dəqiqələrdə fərqlənərək hesabı 4:0-a çatdırıb.

İsveç yığmasının yeganə qolunu 59-cu dəqiqədə Entoni Elanqa vurub. Matçda son nöqtəni isə 89-cu dəqiqədə Krisensio Sammersvill qoyub - 5:1.

Bu nəticədən sonra Niderland millisi xallarının sayını dördə çatdıraraq F qrupunda birinci pilləyə yüksəlib. Aktivində üç xal olan İsveç ikinci sıradadır. Yaponiya və Tunis müvafiq olaraq bir və sıfır xalla üçüncü və dördüncü yerlərdə qərarlaşıblar. Hər iki komanda ikinci turun oyununa hələ çıxmayıb.

Qeyd edək ki, ilk turda Niderland Yaponiya ilə 2:2 hesablı heç-heçə edib, İsveç isə Tunisi 5:1 hesabı ilə məğlub etmişdi.

Qrup mərhələsinin son turunda Niderland Tunis, İsveç isə Yaponiya ilə qarşılaşacaq. Hər iki görüş iyunun 26-da keçiriləcək.

Xatırladaq ki, qrup mərhələsi iyunun 27-dək davam edəcək. Hər komanda üç oyun keçirəcək. Hər qrupdan ilk iki yeri tutan yığmalar, həmçinin üçüncü yeri tutan ən yaxşı səkkiz komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.







Dünya çempionatı

Qakpo matçın ən yaxşısı seçildi
  • Dünya çempionatı
  • 23:19 20.06.2026
Qakpo matçın ən yaxşısı seçildi
Niderland İsveçi darmadağın etdi
  • Dünya çempionatı
  • 23:06 20.06.2026
Niderland İsveçi darmadağın etdi
Braziliya Haitini darmadağın etdi
  • Dünya çempionatı
  • 07:26 20.06.2026
Braziliya Haitini darmadağın etdi