1 oktyabr 2026. Cümə axşamı

Qakpo matçın ən yaxşısı seçildi


Qakpo matçın ən yaxşısı seçildi

Futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Niderland və İsveç milliləri arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Ronald Kumanın rəhbərlik etdiyi Niderland yığması rəqibini 5:1 hesabı ilə məğlub edib.

Görüşün ən yaxşı futbolçusu adına Beynəlxalq Futbol Federasiyasının mükafatı Niderland millisinin hücumçusu Kodi Qakpoya təqdim olunub.

Qakpo matçın 5-ci dəqiqəsində Brayan Brobbinin qoluna məhsuldar ötürmə verib. Hücumçu daha sonra 47-ci və 54-cü dəqiqələrdə özü də fərqlənərək komandasının qələbəsində mühüm rol oynayıb.

Bununla da Qakpo dünya çempionatları tarixində vurduğu qolların sayını beşə çatdırıb. O, bu göstəricidə Niderland millisinin rekordçusu Yohan Repdən cəmi iki qol geri qalır.

İkinci turun ardından Niderland millisi dörd xalla F qrupunun lideridir. İsveçin aktivində üç xal var. Yaponiya bir xalla üçüncü, Tunis isə xalsız şəkildə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Yaponiya və Tunis milliləri ikinci turun oyununda iyunun 21-də qarşılaşacaqlar.







Dünya çempionatı

Skaloni Argentina ilə müqaviləsini uzada bilər
  • Dünya çempionatı
  • 23:24 30.09.2026
Skaloni Argentina ilə müqaviləsini uzada bilər
FIFA prezidenti Azərbaycana səfər edib
  • Dünya çempionatı
  • 13:44 29.09.2026
FIFA prezidenti Azərbaycana səfər edib
“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər