5 avqust 2026. Çərşənbə

Niderland dünya çempionatlarında bir sıra tarixi rekordlara imza atdı


Niderland dünya çempionatlarında bir sıra tarixi rekordlara imza atdı

Niderland millisi futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb.

90deqiqe.Az xəbər verir ki, “narıncılar” turnirlər tarixində 100-dən çox qol vuran, lakin heç vaxt çempionluq qazana bilməyən ilk komanda olub.

Bu göstərici 2026-cı il dünya çempionatında İsveç üzərində qazanılan 5:1 hesablı qələbədən sonra rəsmiləşib.

Qeyd edək ki, Niderland millisi dünya çempionatlarında üç dəfə finala yüksəlib. Komanda 1974, 1978 və 2010-cu illərdə həlledici görüşdə məğlub olaraq gümüş medallarla kifayətlənib.

Eyni zamanda, İsveç üzərində qələbə “narıncılar” üçün daha iki tarixi göstərici ilə əlamətdar olub. Belə ki, Niderland dünya çempionatlarında ardıcıl məğlubiyyətsiz oyunlar seriyasını 14-ə, qrup mərhələsində isə ardıcıl məğlubiyyətsiz matçlar seriyasını 18-ə çatdırıb.







Dünya çempionatı

"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı