13 iyul 2026. Bazar ertəsi

Almaniya son dəqiqə qolu ilə qələbə qazandı


Almaniya son dəqiqə qolu ilə qələbə qazandı

Almaniya və Kot-d’İvuar milli komandaları arasında 2026-cı il futbol üzrə dünya çempionatının E qrupunun 2-ci tur matçı keçirilib.

90deqiqe.Az xəbər verir ki, görüş Kanadanın Toronto şəhərində yerləşən “Bi-Em-O Fild” stadionunda baş tutub. Qarşılaşmanın baş hakimi Paraqvayın Asunsion şəhərindən olan Xuan Qabriel Benites olub. Matçda Almaniya millisi 2:1 hesabı ilə qələbə qazanıb.

Oyunda hesabı Kot-d’İvuar millisinin yarımmüdafiəçisi Frank Kessie 30-cu dəqiqədə açıb. Almaniya millisinin hücumçusu Deniz Undav 68-ci dəqiqədə bərabərlik qolunu vurub. Matçın 90+4-cü dəqiqəsində yenidən fərqlənən Undav dubl edərək komandasına qələbə qazandırıb — 2:1.

İkinci turun nəticələrindən sonra Almaniya millisi 6 xal toplayaraq E qrupunda liderliyə yüksəlib. Kot-d’İvuar yığması isə 3 xalla ikinci pillədə qərarlaşıb.

Növbəti — 3-cü turda Almaniya millisi Ekvador yığması ilə (25 iyun), Kot-d’İvuar isə Kurasao komandası ilə qarşılaşacaq.

Futbol üzrə dünya çempionatı — 2026 ABŞ, Kanada və Meksikada 11 iyundan 19 iyula qədər keçirilir. Mövcud dünya çempionu Argentina millisidir. 2022-ci il dünya çempionatının finalında Argentina və Fransa milli komandaları üz-üzə gəlib. Əsas vaxt 3:3 hesabı ilə yekunlaşıb, penaltilər seriyasında isə argentinalılar 4:2 hesabı ilə qalib gəliblər.







Dünya çempionatı