25 sentyabr 2026. Cümə

“Qələbə var, amma çatışmazlıqlar da az deyil”


“Qələbə var, amma çatışmazlıqlar da az deyil”

Niderland millisinin baş məşqçisi Ronald Kuman 2026-cı il futbol üzrə dünya çempionatının F qrupunun 2-ci turunda İsveç üzərində qazanılan böyükhesablı qələbədən (5:1) sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, Kuman bildirib ki, turnirdə ilk oyunda qələbə qazanmaq çox vacib idi: “Buna görə bu gün üzərimizdə müəyyən təzyiq var idi. Çünki hər şeyin son tura qalmasını istəmirik”.

Baş məşqçi komandasının ümumilikdə yaxşı çıxış etdiyini qeyd etsə də, bəzi çatışmazlıqlara da toxunub: “Bir çox epizodlarda çox yaxşı oynadıq. Amma hətta 5:1 hesabı olarkən belə görünür ki, rəqib oyununu dəyişəndə buna uyğunlaşmaq üçün bizə çox vaxt lazım olur”.

Kuman bu qələbəni yüksək qiymətləndirib: “Bu, əla qələbə və yaxşı nəticədir. Lakin elə məqamlar var ki, onları daha yaxşı etmək mümkündür”.

Bu oyundan sonra Niderland millisi 4 xal toplayaraq F qrupunda birinci pilləyə yüksəlib. İsveç yığması isə 3 xalla ikinci sırada qərarlaşıb.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər