5 avqust 2026. Çərşənbə

“Bu oyundan çox şey öyrənəcəyik”


“Bu oyundan çox şey öyrənəcəyik”

İsveç millisinin baş məşqçisi Qrem Potter 2026-cı il futbol üzrə dünya çempionatının F qrupunun 2-ci turunda Niderlanda qarşı keçirilən və 1:5 hesabı ilə başa çatan matçdan sonra fikirlərini bildirib.

90deqiqe.Az xəbər verir ki, Potter qeyd edib ki, komanda güclü rəqibə qarşı çıxış edib:

“Biz çox yaxşı komanda ilə oynadıq. Rəqib cinahlarda təhlükəli epizodlar yaradırdı. İlk qol uzun ötürmədən sonra vuruldu və biz bu epizodu yaxşı qarşılaya bilmədik”.

Mütəxəssis komandasının oyuna yaxşı başlamadığını da vurğulayıb: “Birinci hissəyə yaxşı başlamadıq. Bu, bizə çox dərs çıxarmağa imkan verəcək matçlardan biridir. Bəzən belə təcrübələr vacib olur”.

Potter əlavə edib ki, nəticəni gözləmirdi: “Mən oyunun belə keçəcəyini düşünmürdüm, amma bu qarşılaşmadan dərs çıxarmalıyıq”.







Dünya çempionatı

"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı