25 sentyabr 2026. Cümə

Ekvador-Kurasao qarşılaşmasında hesab açılmadı


Ekvador-Kurasao qarşılaşmasında hesab açılmadı

Dünya çempionatında Ekvador və Kurasao üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, E qrupunun II turu çərçivəsində keçirilən qarşılaşma ABŞ-nin Kanzas Siti şəhərində baş tutub.

Matçı FIFA referisi, çinli Ma Ninq idarə edib.

Gərgin mübarizə şəraitində keçən oyunda tərəflər hesabı aça bilməyiblər. Beləliklə, görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Qrupun digər oyununda Almaniya Kot-d’İvuarı 2:1 hesabı ilə məğlub edib.

İki turdan sonra Almaniya altı xalla E qrupuna liderlik edir. Kot-d’İvuar üç xalla ikinci, Ekvador bir xalla üçüncü pillədə qərarlaşıb. Hələ xal qazana bilməyən Kurasao isə sonuncu - dördüncü sırada yer alıb.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər