25 sentyabr 2026. Cümə

Yaponiya Tunisə şans tanımadı


Yaponiya Tunisə şans tanımadı

Futbol üzrə dünya çempionatında F qrupunun II turunun növbəti oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, Monterrey stadionunda baş tutan qarşılaşmada Yaponiya və Tunis yığmaları üz-üzə gəliblər.

Matç Yaponiya millisinin inamlı qələbəsi ilə yekunlaşıb. Asiya təmsilçisi rəqib qapısından dörd cavabsız top keçirib - 4:0.

Yaponların heyətində hesabı 4-cü dəqiqədə Daiti Kamada açıb. Ayase Ueda 31 və 83-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb. Komandasının digər qolunu isə 69-cu dəqiqədə Cunya İto vurub.

Beləliklə, Yaponiya F qrupunda vacib üç xal qazanaraq pley-off şanslarını artırıb, Tunis isə növbəti məğlubiyyətlə üzləşib.







Dünya çempionatı

“Messi “Qızıl top”u qazanmalıdır”
  • Dünya çempionatı
  • 23:48 22.09.2026
“Messi “Qızıl top”u qazanmalıdır”
Skaloni Argentina millisində qala bilər
  • Dünya çempionatı
  • 22:37 22.09.2026
Skaloni Argentina millisində qala bilər