5 avqust 2026. Çərşənbə

İran millisi Belçika oyunu öncəsi etirazlarla qarşılandı


İran millisi Belçika oyunu öncəsi etirazlarla qarşılandı

2026-cı il dünya çempionatının qrup mərhələsində Belçika ilə qarşılaşacaq İran milli komandası ABŞ-də etiraz aksiyaları ilə üzləşib.

90deqiqe.Az xəbər verir ki, G qrupunun II turu çərçivəsində keçiriləcək oyun öncəsi İran yığması hazırlıqlarını davam etdirir.

Komanda Meksikadakı təlim-məşq toplanışını başa vurduqdan sonra qarşılaşmanın keçiriləcəyi Los-Ancelesə yollanıb və son məşqini Karson şəhərindəki idman kompleksində keçirib.

Yığmanın məşq proqramından xəbər tutan etirazçılar idman kompleksinin girişində aksiya təşkil ediblər.

Gücləndirilmiş təhlükəsizlik tədbirləri altında ərazini tərk edən komanda başqa çıxış qapısından çıxaraq məskunlaşacağı otelə yollanıb. Etirazçılar isə daha sonra komandanın qaldığı otelin qarşısına gələrək şüarlar səsləndiriblər.

Qeyd edək ki, İran millisi qrupdakı ilk oyununda Los-Ancelesdə Yeni Zelandiya ilə üz-üzə gəlmişdi. Həmin görüşdən əvvəl də etirazçılar komandanın məskunlaşdığı otelin qarşısında toplaşaraq aksiya keçirmişdilər.







Dünya çempionatı

"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
  • Dünya çempionatı
  • 23:21 04.08.2026
"FİFA müstəqil təşkilat olaraq qalmalıdır"
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
  • Dünya çempionatı
  • 22:57 04.08.2026
Kabo-Verde millisinin baş məşqçisi istefa verdi
"Real Madrid" FİFA-nın qərarını alqışladı
  • Dünya çempionatı
  • 20:51 02.08.2026
"Real Madrid" FİFA-nın qərarını alqışladı