21 iyun 2026. Bazar günü

Kurasao tarix yazdı, qapıçısı dünya çempionatı rekordunu yenilədi


Kurasao tarix yazdı, qapıçısı dünya çempionatı rekordunu yenilədi

2026-cı il dünya çempionatında E qrupunun II turunda Ekvador və Kurasao milliləri arasında keçirilən görüş qolsuz bərabərliklə yekunlaşıb.

90deqiqe.Az xəbər verir ki, bu nəticə Kurasao yığması üçün tarixi əhəmiyyət daşıyıb. Komanda dünya çempionatları tarixində ilk xalını qazanmağı bacarıb.

İlk turda Almaniya ilə qarşılaşmada dünya çempionatları tarixində ilk qolunu vuran Kurasao bu dəfə Ekvadorla heç-heçə edərək növbəti uğura imza atıb.

Qrupda iki turdan sonra Almaniya altı xalla növbəti mərhələyə vəsiqəni təmin edib. Kot-d’İvuar üç xalla ikinci pillədə qərarlaşıb. Ekvador və Kurasao isə hərəyə bir xalla üçüncü və dördüncü yerləri bölüşürlər.

Kurasao yığmasının qapıçısı Eloy Rum komandasının qazandığı tarixi xalda əsas pay sahiblərindən biri olub. Təcrübəli qolkiper görüş ərzində 15 seyv edərək dünya çempionatları tarixində əlavə vaxt oynanmayan matçlarda ən çox qurtarış edən qapıçı rekordunu müəyyənləşdirib.







Dünya çempionatı

Yaponiya Tunisə şans tanımadı
  • Dünya çempionatı
  • 10:52 21.06.2026
Yaponiya Tunisə şans tanımadı
“Bu oyundan çox şey öyrənəcəyik”
  • Dünya çempionatı
  • 02:11 21.06.2026
“Bu oyundan çox şey öyrənəcəyik”
Almaniya son dəqiqə qolu ilə qələbə qazandı
  • Dünya çempionatı
  • 02:03 21.06.2026
Almaniya son dəqiqə qolu ilə qələbə qazandı
Qakpo matçın ən yaxşısı seçildi
  • Dünya çempionatı
  • 23:19 20.06.2026
Qakpo matçın ən yaxşısı seçildi